"Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20 %-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən yaz sessiyasının plenar iclasında deputat Əli Məsimli bildirib: "Təklif edirəm ki, monitorinq aparılsın və həmin dəyişikliyə yenidən baxılsın, mikro sahibkarlara 75 %-lik güzəştin verilməsi bərpa edilsin. Çünki məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта