İnsanın əhvali-ruhiyyəsini neyrotransmitterlər (serotonin, dopamin, endorfin, triptofan, norepinefrinlər) yaxşılaşdırır. Onların sayəsində insan canlılıq və müsbət emosiyalar hiss edir. “Həmçinin tərkibində 75%-dən çox kakao olan tünd şokolad təbii antioksidantdır. Onun tərkibində beynin həzz mərkəzlərini stimullaşdıran hormon olan dofaminə çevrilən tirozin amin turşusu var. Tünd şokoladda həmçinin kortizol səviyyəsini azaldan triptofan var”, - deyə o, bildirib. Yeri gəlmişkən qeyd edək ki, hər il fevralın 4-də Beynəlxalq Xoş Əhval Günü qeyd olunur.
Saglamolun.Az