Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxacaq. Globalinfo.az xəbər verir ki, prokurorlar keçmiş müdafiəçi üçün 9 il həbs cəzası istəyirlər.Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.