RU

"Azərişıq"dan - BÖYÜK TENDER ELANI

Azərişıq ASC açıq tender elan edir.

 

Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər daha iki tenderin - QALİBİ OLDU

FED.az xəbər verir ki, elanda Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması nəzərdə  tutulur.

Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir .

Satınalan təşkilatın VÖEN-i : 9900069391

Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065

Müsabiqənin başlama tarixi və vaxtı : 19.09.2023 11:22

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 09.10.2023 15:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 17.10.2023 15:00

Zərflərin açılış tarixi və vaxtı : 18.10.2023 15:00

Ödəniş şərtləri : Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.

Çatdırılma yeri : Qubadlı rayonu

Çatdırılma müddəti : 2 ay

Çatdırılma şərtləri : DDP

Tələb olunan sənədlər :

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;

Malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;

İddiaçının Dövlət Statistika Komitəsindən “Mikro, kiçik və ya orta” sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış ;

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Vergi Bəyannaməsi);

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ((əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);

Müvafiq lisenziya və icazələr.

Tender təklifi

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı

İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;

İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün sözü gedən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elktrik mühəndislərin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 35kV-luq elektrik verilişi xəttlərinin tikintisi və yenidənqurulması üzrə ən azı 3 oxşar layihənin icrasını başa vurmuş olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.

İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

İxtisas göstəriciləri:

Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Namik Heybətov , Şöbə rəisi

Email: [email protected]

Əlaqə telefonu: 012 440 39 93 (daxili 92-19)

 

Избранный
342
49
fed.az

10Источники