RU

Məni sevməsələr də, mənim seçki platformamı müdafiə etməli idilər

Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az– müsahibə verib.

Publika.az Həmin müsahibəni təqdim edir:

-Qüdrət bəy, növbədənkənar prezident seçkilərində göstrədiyiniz nəticə partiya üzvlərinizi ruhdan salmayacaq ki?

-Düşünmürəm. İstənilən məğlubiyyət acı olsa da, siyasətlə peşəkar səviyyədə məşğul olanlar başa düşür ki, dünyada böyük şöhrət qazanmış siyasətçilər də sağ olsaydı və Azərbaycanda seçkilərə qatılsaydı ciddi uğura imza ata bilməzdi.

İlham Əliyev torpaqları işğaldan azad etmiş prezidentdi, xalqın ona bir minnətdarlıq borcu vardı. Üstünə onu da gəlsək ki, Qərb və onların burdakı əlaltıları seçkini baykot etdi və Azərbaycana təzyiqlərə başladı, bu, xalqı İlham Əliyev ətrafında daha sıx birləşdirdi, onun xeyrinə işlədi. Fikir verin, Avropa Şurası Parlament Assambleyası Azərbaycanı onu seçkiləri müşahidə etməyə dəvət etmədiyi üçün səsvermə hüququndan məhrum etdiyini bəyan edir. Bu zaman önə verdiyi alman deputat Frank Şvabe “Amerikannın səsi” nə deyir ki, biz bunu Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyinə görə etdik. Jurnalist soruşur ki, axı, Azərbaycan əvvəllər də öhdəliklərini yerinə yetirməyib, bu,ermənilərə, Qarabağ məsələsinə görə ola bilərmi? O isə deyir ki, yox, Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə bilməz, həll yolu tapa bilməz. Amma bir az sonra deyir ki, biz Rusiyanı Avropa Şurasından Ukraynaya qarşı müharibə başlatdığı üçün xaric etməli olduq. Bu cür riyakarlığı görən Azərbaycan vətəndaşı ölkəmizdə sosial durumun, iqtisadi vəziyyətin qaydasında olmadığını, bəzən incidildiyini, hüquqlarının pozulduğunu bilsə də İlham Əliyevi müdafiə etdi. İnsanlarımız başa düşürlər ki, bu işin arxasında əsasən Fransa dayanıb. Erməniləri Qarabağa qaytarıb, beynəlxalq birliyin təhlükəsizlik təminatı ilə burda onlara status almaq istəyirlər və Azərbaycana buna görə təzyiq edirlər.

Həm də xalqımı Prezidentdən işğal altında qalan 8 kəndimizin işğaldan azad olunmasını da gözləyir. Vətəndaşlarımız düşünür ki, o başladığı işi başa çatdırmalıdır.

-Azərbaycan niyə Avropa Şurasını seçkiləri müşahidə etməyə dəvət etmədi?

-Çünki iqtidar əmin idi ki, onlar hazır bir rəylə gəlirlər və nəticələri tanımayacaqlar. Ona görə də onlara belə bir şans vermədi.

Bu iqtidarı xalqımızın ən böyük “problemi” sayanlar, demokratiya uğrunda mübarizə apardıqlarını deyənlər sizə dəstək vermədi. Niyə?

Избранный
678
50
publika.az

10Источники