RU

Şauarmanın inanılmaz faydaları

Şaurma yemək prostat xərçəngi riskini azaldır.

Publika.az xəbər verir ki, bunurusiyalı kardioloq German Qandelman və immunoloq Andrey Prodeus “Sağlam yaşa!” verilişində deyiblər.

Mütəxəssislərin sözlərinə görə şaurma prostat, infarkt, insult və diabet riskini azaldır.

Həkimlər şaurmanın tərkibindəki maddələrin çoxlu faydalı xüsusiyyətlərə malik olduğunu bildiriblər. Qandelmanın sözlərinə görə, tomat pastasının tərkibində prostat xərçənginin inkişafının qarşısını alan maddə olan likopen var.

Kardioloq həmçinin tomat pastası istehlakının infarkt və insult riskini azaltdığına diqqət çəkib. “Un məmulatlarının tərkibində şəkərli diabetin inkişaf ehtimalını azaldan manqan var”, - deyə həkim əlavə edib.

Избранный
184
6
publika.az

4Источники