RU

ABŞ-da ölüm hökmünü gözləyən məhbus “azotla edam”a qarşı iddia qaldırdı

ABŞ-ın Alabama ştatında edamını gözləyən məhbus David Filip Vilson yanvarın 26-da Alabama ştatında məhbus Kennet Smitin ölkədə ilk dəfə istifadə edilən azot qazı ilə edamı zamanı əziyyət çəkdiyini əsas gətirərək iddia qaldırıb.  Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vilson müraciətində şahidlərin Smitin edam zamanı “titrədiyini” və “sarsıldığını” gördükləri qeyd edib və bu metodu "işgəncə" adlandırıb.Vilson, Alabama ştatının federal məhkəməsinə göndərdiyi ərizədə azotla edamın təkrarlanmasına icazə verilməməsinə diqqət çəkib.Qeyd edək ki, Vilson quldurluq və qətldə təqsirli bilinərək 2004-cü ildə ölüm cəzasına məhkum edilib.Əfsanə Rəcəb

Manşet.az

Избранный
415
45
manset.az

10Источники