Türkiyəli aktrisa Sevda Ferdağ 81 yaşında dünyasını dəyişib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, \"Yeşilçam\" ulduzlarından olan Ferdağ Cihangirdəki evində vəfat edib.
O, uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı.
Ferdağ 2009-cu ilədək 150 filmə çəkilib.
Qeyd edək ki, aktrisanın ən çox tanınan filmi \"Kapıcılar Kralı\"dır. O, bu filmdə mərhum Kemal Sunalla birlikdə rol alıb.