RU

Prorektorun qətlinin üstü necə açılıb?

"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən keçmiş universitet rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində Etibar Bağırov ifadə verib. O bildirib ki, mərhum Tariyel Əhmədovun dostu olub: "Hadisə günü axşam evə gəldim. Uşaqlar dedi ki, ata, dostunu televizorda göstərdilər. Özüm də baxdım ki, onu qətlə yetiriblər. Tariyellə mənim aramda pul borcu olub. Amma narazılığımız olmayıb. Özü ilə danışaraq razılaşmışıq, hallaşmışıq. Yaxşı adam idi, ölən adam deyildi".

Daha sonra iş üzrə şahidlər - Azər Şirinin və Elgiz Mehdiyev ifadə veriblər. Onlar səhər saatlarında mərhumu yerdə uzanmış vəziyyətdə gördüklərini deyiblər. Hadisə ilə bağlı təcili yardıma və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hər iki şahid əvvəllər Tariyel Əhmədovu görmədiklərini, tanımadıqlarını bildiriblər. Tərəflərin suallarına cavab verən hər iki şəxsin sözlərinə görə, hadisənin necə baş verməsinin də şahidi olmayıblar.

Daha sonra şahid Rövşən Məmmədov bildirib ki, Tariyel Əhmədovun sürücüsü olub. Hadisə vaxtı işdən çıxıbmış. O, ifadəsində Tariyel Əhmədovun kiminləsə mübahisəsi və ya münaqişəsi olması barədə heç bir məlumatı olmadığını deyib.

Şahid Günel Quliyeva bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev qardaşı, Müşfiq Atakişiyev isə dayasıdır: "Mən bu hadisədən Dəyanət həbs olunadan sonra xəbərdar olmuşam. Əvvəllər Tariyel Əhmədovu tanımamışam. Dəyanətin yoldaşı bizə zəng etdi, anamla danışdı. Dedi ki, Dəyanət içib sərxoş olub, polisə qətl hadisəsi törətməsi barədə məlumat verib. Adam öldürdüyünün etiraf edib, vicdan əzabı çəkdyini bildirib”.

Günel Quliyeva deyib ki, qardaşı Dəyanətin son illər psixoloji problemləri olub: “Buna görə də həkimə gedir, dərman qəbul edirdi. Amma sonradan həkimə getmədi, dərmandan uzaqlaşdı. Buna görə də belə hadisəni etiraf etdi”.

Hakimlər şahid Günel Quliyevanın ibtidai istintaqa verdiyi ifadəsini elan ediblər. Həmin ifadədən məlum olur ki, onlar ailədə iki bacı, bir qardaş olublar. Ataları vaxtsız vəfat edib, onlara kiçik dayıları Müşfiq Atakişiyev atalıq edib, dayaq olub:

“Mənim toyumu dayım edib, cehizimi alıb. Digər bacımın da toyunu dayım edib. Toydan yığılan pulu dayıma versək də, götürmədi. Dayım Dəyanətə də dayaq idi. Onu oxutmuşdu, işlə təmin etmişdi. Ev, maşın almasına köməklik göstərmişdi.

Amma qardaşımın sonradan spirtli içkini çox içdiyi üçün başı pozuldu. Qardaşım vaxtı ilə mənim də maddi çəhətdən əlimdən tuturdu. Ona görə ona mən də köməklik etmişəm.

Qardaşım məndən kredit götürərək ona verməyimi istədi. Bankdan 4 min manat kredit götürərək ona verdim. Sonradan eşitdim ki, həmin pulu qumarda uduzub. Qardaşım həmin krediti ödəyə bilmədi. Məcbur qalaraq özüm ödəməyə başladım. Hər dəfə məni görədən kredit ödəyə bilmədiyi üçün başını aşağı salırdı, məndən utanırdı.

2021-ci ildə övladıma təhsil haqqı ödəmək lazım oldu. Buna görə bankdan əlavə 8 min manat kredit götürdüm. Həmin pulla qardaşıma götürdüyüm krediti bağladım, qalan pulu isə övladımın təhsil haqqı üçün ödədim”.

Şahid istintaqa verdiyi ifadəsində Tariyel Əhmədovu əvvəllər tanımadığını deyib. Məhkəmədə şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra Dəyanət Quliyevin həyat yolası Elnarə Quliyeva ifadə verməsi üçün məhkəməyə dəvət olunub. O, ifadəsində Dəyanətin içkinin təsiri altında bu hadisəni etiraf etdiyini deyib.

Bundan sonra hakimlər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıblar. O, həmin ifadəsində Dəyanətin içkinin təsiri altında bu cinayəti törətdiyini etiraf etməsindən danışıb.

Daha sonra istintaq ifadəsində şahid Elnarə Quliyeva Dəyanət Quliyev həbs olunadan sonra onun böyük qardaşı İsa ilə telefon danışıqları ilə bağlı müstəntiq sorğu-sual edilib.

Müstəntiqin sualından məlum olur ki, Elnarə Quliyeva qayını İsaya deyib ki, Müşfiq Atakişiyev Dəyanəti qabağa çəkməklə bu işlərini gördürüb, buna görə də ona köməklik edib, onun yekə, eşşək boyda oğlu var idi, oğlunu qabağa çəkərdi, bu işlərini də oğluna gördürərdi. Elnarə Həmçinin telefon danışığı zamanı "Müşfiq Atakişiyein Allah bəlasını versin” deyib.

Telefon danışıqlarından o da məlum olur ki, Dəyanətin qızı Fəridə Quliyeva bildirir: nənəmə deyin, atamaı onun qardaşı Müşfiq Atakişiyev bu yola çəkib, buna görə də hərə öz cəzasını çəksin.

Elnarə Quliyeva həmçinin qaynı ilə telefon danışığıda deyib ki, qızı Fəridə hər şeydən xəbərdardır, onu saxlaya bilmir, hər şeyi danışacaq, hamını ifşa edəcək.

Избранный
334
50
publika.az

10Источники