RU

Mikro və kiçik sahibkarlar üçün yenilik - “Vahid bəyannamə”nin göndərilməsi asanlaşdırılır

Bakı. Trend:

Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib ki,mikro və kiçik sahibkarlıq subyektləri üçün vergi inzibatçılığısadələşdirilir.

Trend-in məlumatına görə,Vahabzadə qeyd edib ki, vergi inzibatçılığı sahəsində həyatakeçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıqsubyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamandavergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükünazaldılması ilə bağlıdır. Bu məqsədlə muzdlu işlə əlaqədar ödəməmənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdimolunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılacaq.Bəyannamə məzmunca geniş olduğundan, əsasən, mikro və kiçiksahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəziçətinliklər yarandığı müşahidə olunur. Həmin çətinliklərin aradanqaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciətetməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsinəzərdə tutulur. Layihəyə görə, ilkin mərhələdə işçisi olmayanfiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmişinterfeys formasında tərtib edilməsi planlaşdırılır ki, bunun üçündə hazırda proqram təminatının hazırlanması istiqamətində işləraparılır.

Nəzərdə tutulur ki, vergi ödəyicisinin uçot baza məlumatları,həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatıtərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaqödəyiciyə təqdim ediləcək, vergi ödəyicisi məlumatlarla razıolduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektronqaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlardadürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiqedə bilər.

Artıq layihə işləri tamamlanma mərhələsindədir. Proqram təminatıistifadəyə verilməzdən əvvəl vergi ödəyiciləri bəyannamədənistifadəsi qaydası ilə tanış olacaqlar.

Eyni zamanda, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergiödəyicilərinə həmin qəbzi xidmət mərkəzlərinə getmədən ödəməterminalları vasitəsilə alması üçün texniki imkanların yaradılmasınəzərdə tutulur. Layihənin əsas məqsədi vergi ödəyiciləritərəfindən sabit qəbzin əldə olunmasının sadələşdirilməsi və çevikvergi inzibatçılığının formalaşdırılmasıdır. Vergi ödəyicisiməlumatlarını ödəmə terminallarında daxil edən zaman onun baza -uçot məlumatları, həmçinin öhdəlikləri ekranda əks olunacaq.Terminal vasitəsilə ödəniş etdiyi zaman sabit qəbzi əldə etmişolacaq.

Избранный
204
15
az.trend.az

10Источники