Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb. Vəziyyəti yaxşıdır.Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Əməliyyatı uğurlu keçib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта