RU

“Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi”

“Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da İƏT Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi ölkəmizin Təşkilat daxilində sahib olduğu yüksək nüfuzunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricilərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunda da qeyd olunmuşdur ki, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.”

Publika.az xəbər verir ki. bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın İƏT-də sədrlik mövzusunun əhəmiyyətindən bəhs edərək deyib: “Bu ilin yanvar ayının 24-də Özbəkistanın Daşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında qəbul olunmuş qərara əsasən 2023-cü il üçün Təşkilata sədrlik rəsmən Azərbaycana keçmişdir. Bu gün ətraf mühitin çirkləndirilməsi, atmosferin həddindən artıq karbonlaşması kimi problemlər bütün bəşəriyyəti təhdid edən qlobal təhlükələrə yol açmışdır. Məhz bu problemlərin həlli yollarının daha effektiv şəkildə tədqiq edilməsi məqsədilə də dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsası kimi müəyyən edilib. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir ki, bu da Azərbaycanın İƏT-də sədrlik mövzusu ilə həmahənglik təşkil edir. Təbii ki, Azərbaycan bütün dost və tərəfdaş ölkələrə ən müxtəlif sahələrdə əməkdaşlıq üçün hər zaman açıqdır. Etibarlı tranzit ölkə kimi, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır. Möhtərəm dövlət başçımızın müraciətində də qeyd olunmuşdur ki, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”

Избранный
203
13
publika.az

10Источники