Azərbaycana qaçaq yolla keçən əfqanıstanlılar saxlanıldı – Video
Əfqanıstan vətəndaşları dövlət sərhədini pozmağa cəhd göstəriblər. Yeniavaz.comxəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. “Mart ayının 1-də saat 21:00-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda deyilir.