RU

Nigar Camal: "Bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldım"

Müğənni Nigar Camal "TikTok" platformasında adından saxta profil açan şəxslə bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Nigar Camal məsələ ilə bağlı bu sözləri deyib:

"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan "TikTok" hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə öz təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm".


Müəllif: Rəqsanə Həsənova
Избранный
137
25
teleqraf.com

10Источники