RU

Çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3-ə endirimləsi yaxşı olar - Deputat

Azərbaycanda çoxuşaqlı anlayışının beş uşaqdan üç uşağa endirilməsinə ehtiyac var. Bunu deputat Vüqar Bayramov deyib. 
 
""Əmək pensiyaları haqqında" qanunun bu bəndinə yenidən baxmaq yaxşı olar. Çoxuşaqlı ailə 5 uşaqlı ailədən 3 uşaqlı ailəyə endirilməsi yaxşı olar. Nəticədə bu kateqqoriyadan olan 110 min ailə sosial müavinətlərin alınmasından istifadə edə bilər", - deputat martın 13-də  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib. 
 
Komitə sədri Musa Quliyev də bu təklifi dəstəkləyiv və söyləyib ki, aiddiyatı qurumla bu məsələ müzakirə olunur.  
 

Bundan əvvəl deputat çoxuşaqlı ailələrin 3 uşaqlı ailələr olmasını təklif edib və bildirib ki, indi ailələrdə 3 uşaqdan artıq uşaq dünyaya gətirmək çətinləşib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Избранный
252
35
anews.az

10Источники