RU

Tədqiqat: Həddən artıq video oyunları fiziki problemlər yaradır

Tədqiqat:

Bakı, 15 mart, AZƏRTAC

Avstraliyalı tədqiqatçılar tərəfindən aparılan yeni araşdırmaya görə, gündə üç saat video oyun oynamaq göz yorğunluğu, əl, bel və boyun ağrısı kimi fiziki problemlərə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, alimlər 2022-ci il Beynəlxalq Oyun Tədqiqatında iştirak edən Avstraliya, Böyük Britaniya, Kanada və ABŞ-dan olan 18-94 yaş arası 955 şəxsin məlumatlarını araşdırıblar. Bu yaxınlarda “Computers in Human Behavior” jurnalında dərc edilən məqaləyə görə, tədqiqat qrupu uzunmüddətli fasiləsiz oyun və ondan öncəki dövrdəki sağlamlıq problemləri arasındakı əlaqəni tədqiq ediblər.

Kvinslend Universitetinin baş elmi işçisi və tədqiqatın həmmüəllifi Daniel Stepanovic bir seansda üç saatdan çox oyun oynamağın mənfi fiziki təsirlərinin altı saatdan çox oynayanlarla eynilik təşkil etdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada üç milyarda qədər insan video oyunların təsiri altındadır.

Universitetin dosenti və tədqiqatın digər həmmüəllifi Qary Çung Kai Çan isə insanların uzun müddət oyun oynamasının potensial risklərini başa düşmələri üçün təkmilləşdirilmiş təlimə ehtiyac olduğunu vurğulayıb. O, bir müddət klaviaturadan uzaqlaşmağın sağlamlığı qorumağa kömək edə biləcəyini söyləyib.

Избранный
328
19
azertag.az

10Источники