RU

Federasiya prezidenti məşhur rusiyalı güləşçinin Bakıda lisenziya qazanacağına ümid edir

Ümid edirəm ki, Abdülraşid Sadulayev və Artur Nayfonov Bakıdakı yarışda lisenziya məsələsini həll edəcəklər.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili Azərbaycanda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri deyib.

Federasiya rəsmisi sərbəst güləşçilərdən Nayfonovun 86 kq-da, Sadulayevin isə 97 kq-da mübarizə aparacağını söyləyib.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Finala vəsiqə qazanan idmançılar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Abdülraşid Sadulayev ikiqat olimpiya, dördqat dünya və Avropa çemionudur.























Bizi Facebookda izləyin

Избранный
297
39
525.az

10Источники