Bakı. Trend:
Səhər yeməyinin insana bir çox faydaları var, lakin bir şərtləki, səhərlər şirin çay içməyi unutmaq lazımdır, sadə təzə dəmli çaykifayət edir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmiinstaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloqEmin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bir çox millətlərdə hətta səhər yeməyiənənəsi vardır.
“Səhər yeməyi ilk öncə axşamdan mədədə toplanan turşu hovuzuüçün neytrallaşdırıcı bir vasitədir, mədə daha sağlam olur. Səhəryeməyi sirkadian ritmini aktiv saxlayır, metabolizmi sürətləndirir.İnsanın faydalılıq əmsalının ən yüksək olduğu məhz səhərsaatlarıdır ki, insana bu zaman sağlam enerji lazımdır və biz onusəhər yeməyindən alırıq”.
Mütəxəssis-ekspert bildirib ki, səhər yeməyindən imtina edəninsanlar artıq bədən çəkisinə daha çox meyilli olurlar.
“Fikir versəniz biz əsas Ca, vitamin D kimi immun sisteminiaktiv tutan maddələri məhz səhər yeməyində alırıq. Belə ki,yumurta, qaymaq, şor, pendir yeyərək balanslı protein-yağ, azmiqdarda şəkər yeyirik. Bu qida maddələrinin bölgüsünə fikirverəndə aydın olur ki, səhər yeməyi sağlam qidalanma baxımından çoxvacibdi. Uşaq yaşlarından orqanizmi bu vərdişə öyrətməklazımdır”.