RU

"ABŞ mane ola bilməyəcək, Rusiya bu şəhəri də ƏLƏ KEÇİRƏCƏK"

"ABŞ Rusiyanın Odessanı Ukraynadan almasına mane ola bilməyəcək".

Publika.az xəbər verir ki, bu fikri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

"Odessaya gəlincə, münaqişənin əvvəlindən rusların tarixən rus olan və rusdilli əhalinin yaşadığı ərazilərdən keçəcəyi tamamilə aydın idi.Odessa da Krım kimi heç vaxt Ukraynanın tərkibində olmayıb", - Makqreqor deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ordusunun şəhəri tutmasının qarşısını ala bilməyəcək:

"Əgər NATO ölkələrinin ordusu Moldova, Rumıniya və ya Polşadan sərhədi keçərsə, o zaman alyans Moskva ilə döyüşməli olacaq. Vaşinqton buna hazır deyil".

Избранный
366
30
publika.az

10Источники