Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) https://e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər.
AYNA-dan bildirilib ki, E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);
2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);
3. Ərizəçinin vergiödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);
4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);
5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);
6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;