Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Neftçi” və “Sabah” klubuları dünya reytinqindəki mövqelərini yaxşılaşdırıblar.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.
Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” 13 pillə irəliləyib. Hazırda 48-ci olan Ağdam təmsilçisinin hesabında 176,75 xal var.
“Neftçi”də 1 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (62 xal) 377-ci pilləyə yüksəliblər.
Yenidən siyahıya qayıdan “Sabah” isə 4 pillə irəliləyib. Paytaxt təmsilçisi hazırda 58,75 xalla 413-cüdür.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.
- Mançester Siti (İngiltərə) – 401
- Real (İspaniya) – 332
- İnter (İtaliya) – 311
- Bayer (Almaniya) – 279
- Milan (İtaliya) – 253
- Əl-Əhli (Misir) – 243
- Roma (İtaliya) – 241,5
- Fluminense (Braziliya) – 233
- Atletiko (Madrid, İspaniya) – 232
- PSV (Niderland) – 229,5
- Barselona (İspaniya) – 228
- Bayern (Almaniya) – 227
- Liverpul (İngiltərə) – 227
- Palmeyras (Braziliya) – 226
- Yunion (Belçika) – 224
- Fortaleza (Braziliya) 219,5
- Vest Hem (İngiltərə) – 215,5
- Fənərbaxça (Türkiyə) – 214,5
- Atalanta (İtaliya) – 213
- Flamenqo (Brailiya) – 212
- Botafoqo (Braziliya) – 212
- Portu (Portuqaliya) – 212
- Leypsiq (Almaniya) – 212
- Arsenal (İngiltərə) – 212
- PSJ (Fransa) – 208
- Qalatasaray (Türkiyə) – 206
- Benfika (Portuqaliya) – 206
- Borussiya (Dortmund, Almaniya) – 206
- Estudiantes (Argentina) – 204,5
- Fiorentina (İtaliya) – 204,5
- San Paulo (Braziliya) – 204
- Latsio (İtaliya) – 194
- Aston Villa (İngiltərə) – 193,5
- Real Sosyedad (İspaniya) – 193
- İnternasional (Braziliya) – 192
- Libertad (Paraqvay) – 190
- Atletiko Nasional (Kolumbiya) – 188
- Defensea Xustisiya (Argentina) 186
- Feyenord (Niderland) – 186