Öd kisəsində olan daşlar kalsium və xolesterinin bərkimiş toplantısıdır.
Onlar öd axarlarını bloklayır, öd şirəsinin nazik bağırsağa axmasının qarşısını alır, nəticədə həzm pozulur, ürəkbulanma baş verir.
Day.Az "Medicina"-ya istinadən xəbər verir ki, qadın və kişilərdə öd daşı simptomları fərqli ola bilər və qadınlarda öd daşı xəstəliyi daha çox yaranır.
Öddə daş olduğunu göstərən 8 əsas əlamət:
Qabırğaaltı nahiyədə tutma spazmları, kəskin sancı
Ağır və yağlı yeməkdən sonra köp, ağrı, ürəkbulanma
Güclü bulantı, qusma, yeməyin ağıza qayıtması
Ağrı zamanı titrəmə, hətta qızdırma
Saralma- biliburin qana çox sıçradığı üçün dəri və gözlərdə saralma
Qəfil arıqlama, iştahsızlıq
80% hallarda öd daşı yarananda, xırda olanda insan heç bir simptom hiss etmir.