Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana sənəd təqdim edir.
"Həmin sənəd əsasında eyni vergiyə Azərbaycanda cəlb edilmir. Ödənən verginin məbləği Azərbaycanda olan məbləğdən yuxarı olmamalıdır. Yəni bu qərarın "online" ticarətə hansısa bir formada ciddi təsirinin olacağını demək düzgün deyil", - deyə o əlavə edib.
E.Əmirov həmçinin, "online" ticarət vasitəsilə Türkiyədən alınacaq məhsullarda ucuzlaşma olacaq söyləntilərinə aydınlıq gətirib.
"“Trendyol” vasitəsilə ölkəmizə gətirilən mallarda ciddi ucuzlaşma olacağını düşünmürəm. Bunu gözləmək sadəlövhlük olar.
İkiqat vergitutma dövlətlərarası kapitala, texnologiyanın hərəkətinə bu və ya digər formada mənfi təsir göstərir. İkiqat vergitutmanın ləğvi bu maneələri aradan qaldırır. Bununla da investorların başqa dövlətdə investisiya etməsi üçün əlverişli mühit yaradır. Artıq Azərbaycan 57 ölkə ilə ikiqat vergitutmanı ləğv edib. Düşünürəm ki, qardaş ölkədə buna çox ehtiyac var idi", - deyə o bildirib.
10Источники
-
musavat.com""Trendyol"la gətirilən mallar ucuzlaşacaq" iddiası ( 5766750)
-
hit.azTürkiyədən idxal olunan mallar ucuzlaşacaq? ( 5726721)
-
sportinfo.azAzərbaycanda bu məhsullar UCUZLAŞACAQ -Yeni qanun qüvvəyə minir ( 5722086)
-
olke.azTürkiyədən Azərbaycana idxal olunan mallar ucuzlaşacaq? - AÇIQLAMA ( 5719605)
-
news24.azTürkiyədən idxal olunan mallar ucuzlaşacaq? — AÇIQLAMA ( 5717346)
-
demokrat.azTürkiyədən idxal olunan mallar ucuzlaşacaq? — AÇIQLAMA ( 5717073)
-
moderator.azAzərbaycanda bu məhsullar UCUZLAŞACAQ -Yeni qanun qüvvəyə minir ( 5715672)
-
musavat.comAzərbaycanda bu məhsullar UCUZLAŞACAQ -Yeni qanun qüvvəyə minir ( 5715435)
-
baku.wsTürkiyədən idxal olunan mallar ucuzlaşacaq? - AÇIQLAMA ( 5714157)
-
valyuta.az"Azərbaycana Türkiyədən gətirilən mallar ucuzlaşa bilər" - Millət vəkili ( 5714151)