Qarğıdalı saçaqları çox tanınmış müalicəvi vasitədir. Qarğıdalı saçaqları həm xalq təbabətində, həm də ənənəvi tibdə geniş istifadə olunur. - Qarğıdalı saçaqları güclü sidikqovucu və həmçinin iltihabəleyhinə və antibakterial vasitə kimi tanınır. Bu səbəbdən qarğıdalı saçaqları böyrək, sidik kisəsi və sidik yolları iltihabları zamanı geniş istifadə olunur. 1 xörək qaşığı qarğıdalı saçaqları 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və 1/3 stəkan olmaqla gündə 3 dəfə qəbul edin.Saglamolun.Az