RU

AZƏRTAC xarici ölkələr üzrə müxbir vəzifələrinə vakansiya elan etdi


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Belçika (Brüssel), Almaniya (Berlin), İsrail (Təl-Əviv) və Misir (Qahirə) üzrə müxbir vəzifələrinə vakansiya elan edib.Oxu.Az iş barədə məlumat və tələbləri təqdim edir:- Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;- Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;- İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi müsahibələr almaq;- Yerli dövlət qurumları və digər müvafiq təşkilatların mətbuat konfransları və brifinqlərində iştirak etmək, xəbərlər hazırlamaq;- Yerli qurumların mətbuat xidmətləri ilə əlaqələr qurmaq;- Müvafiq redaksiyadan əlavə tapşırıqları vaxtında yerinə yetirmək;Tələblər:- Ali təhsil və uyğun peşə hazırlığına malik olmalı;- 25-55 yaş arası olmalı;- KİV-də müxbir vəzifəsində ən azı 3 il (informasiya agentliyi, onlayn media, TV) iş stajına malik olmalı;- İngilis və ya rus dilində sərbəst danışmağı və yazmağı bacarmalı (coğrafi yerləşməyə uyğun);- Müvafiq hallarda məntəqənin yerləşdiyi ölkənin dilini bilmək tələb oluna bilər;- Stresli vəziyyətlərə davamlı olmalı;- Azərbaycan dilinin qrammatik, leksik və üslub normalarını mükəmməl bilməli;- Xəbər, reportaj, müsahibə və digər müvafiq informasiya janrlarında yazmağı bacarmalı;- Müasir İKT vasitələrindən, habelə müvafiq proqram təminatlarından istifadə etməyi bacarmalı;- Xəbər mənbələri, həmçinin foto və video informasiya ilə işləmək bacarığı olmalı;- Foto və video çəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişlərinə malik olmalı;- Müxbir fəaliyyətinin etik qaydalarını bilməli və onlara riayət etməli;Namizədlərdən özləri haqqında məlumatı və müəllifi olduğu materiallardan nümunələri 2023-cü il noyabrın 1-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Məktubun “mövzu” bölməsində vakansiya elan edilən ölkənin (yalnız bir ölkə qeyd olunmalıdır) adını yazmaq xahiş olunur.Tələblərə cavab verən namizədlər müsabiqəyə buraxılacaqlar.

Избранный
827
9

10Источники