RU

Cənubi Koreya ordusu ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Koreya Respublikasının Kiber Əməliyyatlar Komandanlığının doqquz üzvü ABŞ-ın ev sahibliyi etdiyi çoxtərəfli təlimdə iştirak edəcək.

Bu barədə Yonhap agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, təlimlər mayın 5-dən mayın 11-dək Virciniya ştatında baş tutacaq. Təlim 211-ci ildən etibarən hər il təşkil olunur ki, ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının kiberməkanda təhlükələrə qarşı mübarizə imkanlarını gücləndirmək, beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsində ahəngdarlığı artırmaqdır.

Koreya Respublikası üçüncü dəfədir təlimlərə qatılır.

Избранный
441
31
korrespondent.az

10Источники