17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
U-17 hazırlıq çərçivəsində iki beynalxalq yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Millimiz mayın 18-də və 21-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 17:00-da Bakı Olimpiya Stadionunun əsas meydançasında təşkil olunacaq.
Toplanışa dəvət edilən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| S. | Ad / Soyad | Klub |
| 1 | Elşən Nəsirov | Qarabağ |
| 2 | Məhdi Həsənov | Neftçi |
| 3 | İlkin Qocayev | Sumqayıt |
| 4 | Emir Fətiyev | Neftçi |
| 5 | Murad Qurbanov | Zirə |
| 6 | Kamil Məmmədov | Neftçi |
| 7 | Fərid Cabbarlı | Zirə |
| 8 | Tuncay Əhmədov | Marset (İspaniya) |
| 9 | Sahil Əsgərli | Marset (İspaniya) |
| 10 | Tunar Muradov | Turan Tovuz |
| 11 | Nadir Nəsibli | Marset (İspaniya) |
| 12 | Ariz Kərimov | Marset (İspaniya) |
| 13 | Sinan Mehdizadə | Marset (İspaniya) |
| 14 | Nihad İsaqov | Kəpəz |
| 15 | Emil Həsənov | Sumqayıt |
| 16 | Tunar Hüseynov | EFA |
| 17 | Əli Qazibəyov | Qarabağ |
| 18 | Əli Əliyev | Qarabağ |
| 19 | Əhliman Süleymanzadə | Zirə |
| 20 | Elşən Atakişiyev | Neftçi |
| 21 | Muhamməd Çodarov | Marset (İspaniya) |
| 22 | İslam Həsənov | Srvena Zvezda (Serbiya) |
| 23 | Əli İbrahim | Qarabağ |
| 24 | Tunar Rzayev | Marset (İspaniya) |