RU

Kök hüceyrə üzrətürkiyəli mütəxəssislərİnteqrativ MüalicəMərkəzində

7-8 may 2024-cü iltarixində Azərbaycanda ilk dəfəbeynəlxalq “Kök hüceyrə və Regenerativ tibb kongresi” keçirilib.

"Medicina" xəbər verir ki,Kök hüceyrəvə regenerativ tibb sahəsindəən son yeniliklərinvə aktual mövzuların müzakirə olunduğu beynəlxalq tədbirə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri də qatılmışdı.

İnteqrativ Müalicə Mərkəzinin qastroenteroloquArzu Quliyeva həmin konqresdə” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi”mövzusu ilə çıxış etmişdi.

Bağırsağın iltihabi xəstəliklərindən sayılan kron və xoralı kolit xəstəliklərinin müalicəsində Arzu doktorun əldə etdiyi uğurlu nəticələrin sorağı artıq ölkəmizin sərhədlərindən kənarda da pasientlərin diqqətini çəkib. Bu səbəbdənadı çəkilən xəstəliklərdən əziyyət çəkən əcnəbi vətəndaşlarartıq müalicə üçün İnteqrativ MüalicəMərkəzinə müraciət edirlər.Konqresdəki çıxışının sonundaArzu xanımın bu sahədəki təcrübəsini əks etdirən videomateriallarbeynəlxalq tədbiriştirakçılarının böyük marağına səbəb olmuşdu.


Kök hüceyrə üzrə Türkiyəli mütəxəssislər-- CureCell Biotechnology şirkətinin baş direktoru Duyunc Soyyöruk və həmin şirkətin Qastroenterologiya bölümünün müavini Burçin Zorlu konqresdən sonrakı günlərdəBioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin qonağı olublar.

Mərkəzin onkoloq, terapevt, qastroenteroloq, ginekoloq, kosmetoloq və s. həkimlərinin iştirakı ilə keçirilən tədbirdə kök hüceyrənin tətbiqi ilə bağlı maraqlımüzakirələr olub.Müzakirədən sonrahəkim və mütəxəssislər belə qənaətə gəliblər ki, İnteqrativ Tibblə Regenerativ Tibbinbirgətətbiqisayəsindəxroniki və degerenativ xəstəliklərin müalicəsində daha ekkektli nəticələr əldə etmək olar.

AYgün M


Избранный
107
1
medicina.az

2Источники