RU

“İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" mövzusunda 3 günlük təlimə start verilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi ilə və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə yerli mütəxəssislər üçün “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" mövzusunda 3 günlük təlimə start verilib.
 
Aztibb.az-ın məlumatına görə, ÜST-nin Avropa üzrə Regional Ofisinin eksperti tərəfindən keçirilən təlimdə ümumilikdə 200 nəfərə yaxın ilkin səhiyyə və stasionar tipli tibb müəssisələrinin həkimləri, digər müvafiq qurum və təhsil ocaqlarının nümayəndələri iştirak edirlər.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı Ölkə Ofisinin rəhbəri Hande Harmancı və Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva İİV/QİÇS epidemiyasının dayandırılmasında tibb işçilərinin bilik və bacarıqlarının və eyni zamanda tədris proqramlarının beynəlxalq yanaşmalara uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
 
Təlimin əsas məqsədi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinə dair müasir yanaşmaları təqdim etməklə 2030-cu ilə qədər İİV/QİÇS-ə son qoymaq məqsədinə nail olmaq üçün cavab tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
 
Təlim İİV epidemiyasının müasir aspektləri, diaqnostikada yeni test alqoritmi, anadan uşağa ötürülmənin profilaktikası və üçlü eliminasiyasını, təmasdan öncə profilaktika (PrEP) daxil olmaqla İİV-in profilaktikasını, İİV və ko-infeksiyaların müalicəsində müasir yanaşmaları, İİV-lə yaşayan insanların vaksinasiyası, stiqma və diskriminasiya mövzuları üzrə ÜST-nin son tövsiyələrini əhatə edir.
Избранный
385
1
aztibb.az

6Источники