RU

Gürcüstan millisi Bakıya gələ bilmir - Matç ləğv olundu 

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.


Referans.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.


Buna səbəb Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsidir.


Qeyd edək ki, Azərbaycanın U-17 millisinin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.


Избранный
385
13
referans.az

10Источники