RU

Bu dövlət xəstəxanasında ilk endoprotez əməliyyatıolundu


Respublika Klinik Xəstəxanasında ilk dəfəendoprotez əməliyyatı icra olunub.



"Medicina" xəbər verir ki,59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.



10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.

Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir.

MEDİCİNA.AZ



Избранный
232
17
medicina.az

10Источники