RU

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası keçirilib » Medical Media


“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyaları davam etdirilir. 

Növbəti belə aksiya Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorunun müşaviri Elnur Qurbanov, qurumun struktur bölmə rəhbərləri, Dağlıq Şirvan, Şəki-Zaqatala tibbi ərazi bölməsi üzrə xəstəxana direktorları və digər rəsmi şəxslər iştirak edib. 

Aksiyanın əsas məqsədi insanların diqqətini ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə cəlb etmək, yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə vermək və ekoloji mədəniyyəti təbliğ etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Избранный
208
2
medicalmedia.az

3Источники