RU

Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etdi

Bakı. Trend:

Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı vətəndaşlaramüraciə edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cüil tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsindərəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan ElektronResept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü iltarixindən etibarən istifadəyə verilib.
Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq,elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektronreseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri TarifŞurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyiniedilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da, öznövbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərmanpreparatlarının satışının qarşısını alır, eyni zamanda şəffafqiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarınınqorunmasına xidmət edir.

Vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə,reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı buprosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçüntəşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibbişçiləri, həm də əczaçılardan tələb etməyə çağırırıq.
Buna əməl edilmədiyi təqdirdə, vətəndaşları Səhiyyəninİnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “QaynarXətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28(“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik".

Избранный
165
20
az.trend.az

10Источники