RU

Premyer Liqa: “Turan Tovuz” mövsümü qələbə ilə bitirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 36-cı tura, eyni zamanda 2023/2024 mövsümünə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu turun sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər. Nəticədə Tovuz klubu mövsümü 48 xalla 6-cı pillədə başa vurub. “Kəpəz” isə 35 xalla 8-ci yeri tutub.

Çempionluğu sona 8 tur qalarkən təmin “Qarabağ” isə mövsümün son matçında “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Premyer Liqa
36-cı tur
25 may

“Turan Tovuz” – “Kəpəz” 1:0
Qol: Otto Con, 74.
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Tovuz şəhər stadionu, 17:00

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Ayxan Abbasov.

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 79. İlkin İsgəndərli, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 22. Rüfət Əhmədov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.

Избранный
263
5
arena.az

10Источники