RU

Fuad Oktay: Azərbaycanın nailiyyətləri bütün türk xalqı üçün qürur və xoşbəxtlik mənbəyidir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Aznews.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Избранный
209
12
aznews.az

10Источники