RU

Misirdə Qəzza zolağında münaqişənin həlli üzrə sammit keçirilib

Misirin paytaxtı Qahirədə Qəzza zolağında münaqişənin həlli üçün sammit keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 30-dan çox ölkə və bir sıra beynəlxalq və regional təşkilatların iştirak etdiyi tədbiri “Al Arabiya” yayımlayıb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin təşəbbüsü ilə təşkil olunan toplantıda Fələstin lideri Mahmud Abbas, BMT, Aİ, Böyük Britaniya, Yunanıstan, Türkiyə, Kipr, İtaliya və Rusiya nümayəndələri iştirak edib.

Tədbir zamanı Misir lideri sammit iştirakçılarını Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə fələstinlilər arasında sülhə gedən yolu canlandırmaq üçün yol xəritəsini razılaşdırmağa dəvət edib.

Избранный
178
8
qafqazinfo.az

10Источники