RU

Futzal üzrə milli komandamızın rəqibləri müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
Bu gün keçirilən püşkatma mərasimi zamanı millimiz Xorvatiya, İsveç və Yunanıstan yığmaları ilə 5-ci qrupda yer alıb. Ev-səfər prinsipi ilə keçiriləcək qrup mərhələsinin oyunlarından sonra birinci yeri tutacaq komandalar 2026-cı ildə Latviya və Litvada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off görüşlərində qarşılaşacaq.
Əsas mərhələnin oyunları 9-18 dekabr 2024-cü il, 27 yanvar – 5 fevral 2025-ci il, 3-12 mart 2025-ci il və 7-16 aprel 2025-ci il tarixində keçiriləcək.
Избранный
189
affa.az

1Источники