RU

“Şimal” Gürcüstan və İsveç klubları ilə qarşılaşacaq

2024/2025-ci illər mövsümündə Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının rəqibləri bəlli olub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mübarizəyə ilkin mərhələdən başlayacaq komanda B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.

Oyunlar 28 iyun – 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri 21-27 oktyabr tarixlərində İsveçrədə keçiriləcək.

Qeyd edək ki, “Şimal” komandası 2023/2024-cü il mövsümündə AFFA Region Liqasının qalibi olub.

Избранный
129
8
arena.az

10Источники