RU

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan simpozium keçirilib » Medical Media


TƏBİB-in dəstəyi, Respublika Pediatriya Mərkəzinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan simpozium keçirilib. 

Tədbirdə ilk olaraq Dövlət Himni səsləndirilib, Ümumilli Lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi nitq və şəkillərdən ibarət videoçarx təqdim olunub.

Simpozium Respublika Pediatrya  Mərkəzinin direktoru Azər Əhmədovun açılış nitqi, TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxovanın və Mərkəzin nəzdindəki Uşaq Bərpa Mərkəzinin baş həkimi Cəmilə Talıbovanın nitqi ilə başlayıb. 

Tədbir bədii və elmi hissə olaraq iki hissədən ibarət olub. Bədii hissə Uşaq Bərpa Mərkəzində müalicə alan uşaqların təqdimatında rəqs, uşaqların çəkdikləri rəsm əsərlərinin təqdimatı və hazırladıqları səhnəciklərdən ibarət olub. 

Elmi hissədə 3 paneldən ibarət tanınmış həkimlərin təqdimatları yer alıb. 

Sonda simpozium iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkli çəkilib.
Избранный
160
medicalmedia.az

1Источники