Əvvəllər məhkum olunan baş redaktor həbs edilib.
News365.az xəbər verir ki, Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə ittiham olunan “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov polis əməkdaşları tərəfindən tutulub.
Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.
Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. /// apa