Bir çox vətəndaş aldığı əməkhaqqının kartına köçürülən məbləğdən ibarət olduğunu hesab edir. Hərçənd ki, əməkhaqqından icbari və könüllü tutulmalar olur. Hər bir halda, vəzifə maaşının məbləği əmək müqaviləsində göstərilir. Əməkhaqqından digər istiqamətlər üzrə də tutulmalar olur. Buraya həmkarlar ittifaqları, siyasi partiyalara üzvlük haqlarını, müxtəlif fondlara ianələr və digərləri aiddir. Lakin bu ödənişlər könüllü qaydada həyata keçirilir. Bunun üçün işçi işəgötürənə yazılı formada müraciət edərək özünün aylıq əməkhaqqısından müəyyən məbləği tutaraq qeyd olunan istiqamətlərə ödənilməsini xahiş edə bilər.
Saglamolun.Az