RU

Bacısının qətlində şübhəli bilinən şəxs saxlanılıb

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Missiya.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı, 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Избранный
116
33
missiya.az

10Источники