RU

Eşitmə qüsurlu 5 uşaq gen terapiyası ilə eşitməyə başladı » Medical Media


Çində aparılan gen terapiyası sayəsində eşitmə qüsuru ilə doğulan 5 uşaq eşitməyə başlayıb.
 
 Medicalmedia.az
medimagazin.com.tr-yə istinadla bildirir ki, Çinin Fudan Universitetinin həkimləri 1-11 yaş arası eşitmə qüsurlu 5 uşağa gen terapiyası tətbiq ediblər.
 
Araşdırmada eşitmə itkisi ilə əlaqəli olan “Otof geni”ndə olan mutasiyaların funksional surətləri daxili qulağa yerləşdirilib. Müalicənin qulaqdakı hüceyrələr tərəfindən bu funksional nüsxələrdən şablon kimi istifadə edilərək həyata keçirildiyi qeyd edilib.
 
Tədqiqatda qulaqdakı hüceyrələrin eşitmə hissi ilə əlaqəli otoferlin zülalının surətlərini çıxarmaq üçün yeni genetik materialdan istifadə edilib. Müalicə alan 5 uşağın hamısının eşitmə qabiliyyətini bərpa etməyə başladığı bildirilib.
 
Müalicə olunan uşaqlardan birinin onun adına cavab verdiyi, digərinin isə bəzi cümlələri anlaya bildiyi qeyd edilib.

Избранный
166
1
medicalmedia.az

2Источники