SİZİN REKLAM BURADA!055 213 76 73 ***11:33 Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub. Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra birgə foto çəkdirilib. Far.Az VİDEO QALEREYA 





- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта