RU

Video / SiyasətPrezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73 ***11:33 Azərbaycan Prezidenti İlham Əliyevin Misirin paytaxtı Qahirə şəhərində “Əl İttihadiya” sarayında rəsmi qarşılanma mərasimi olub.   Far.Az report-a istinadən xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.   Prezident İlham Əliyevi və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.   Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.   Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.   Sonra birgə foto çəkdirilib. Far.Az VİDEO QALEREYA

Избранный
98
35
far.az

10Источники