Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3”platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxışedib.
Trend xəbər verir ki, bubarədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabındabildirilib.
Nazir, region ölkələri arasında praqmatik, nəticəyönümlü vəqarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunuvurğulayıb.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarınıngörüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin vəErmənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov,Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştiraketmək üçün Tehrandadır.
Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanıniştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindəMoskvada keçirilib.