RU

Ceyhun Bayramov Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxış edib

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3”platformasının XİN rəhbərlərinin iclasında bəyanatla çıxışedib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabındabildirilib.

Nazir, region ölkələri arasında praqmatik, nəticəyönümlü vəqarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunuvurğulayıb.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarınıngörüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin vəErmənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov,Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştiraketmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanıniştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindəMoskvada keçirilib.

Məqalədə:
Избранный
318
9
az.trend.az

10Источники