RU

Finlandiyanın lift istehsalçısı Kone Rusiyanı tamamilə tərk edib

Finlandiyanın lift istehsalçısı "Kone" şirkəti Rusiyadakı bölməsinin "S8 Capital" holdinqinə satışını başa çatdırıb.

"Liftlər və eskalatorlar istehsalında dünya lideri olan "Kone Corporation" Rusiya bölməsinin Rusiyanın "S8 Capital" holdinqinə satışını başa çatdırıb. Müqavilə müvafiq orqanlar tərəfindən təsdiqlənib. Kone indi Rusiyanı tamamilə tərk edib",- Marja.azxəbər verir ki, Şirkətin yaydığı məlumatda bildirilir.

Əməliyyatın məbləği açıqlanmayıb.

"Kone Corporation" şirkətinin Rusiya bölməsində təxminən 300 nəfər işləyirdi və Rusiya biznesinin payı şirkətin qlobal satışlarının bir faizindən də azını təşkil edirdi.

2021-ci ildə şirkətin illik satışları 10,5 milyard avro olub və şirkət daxilində təxminən 60 min işçi çalışır. Kone səhmləri Finlandiyanın birjasında ticarət olunur..

"S8 Capital" holdinqi "Meteor Lift" şirkətinin sahibidir.

KoneMeteor
Избранный
759
37
marja.az

10Источники