RU

“Lukoyl”un Direktorlar Şurasının sədri vəfat edib

Rusiyanın “Lukoyl” neft şirkəti Direktorlar Şurasının sədri Vladimir Nekrasovun 66 yaşında vəfat edibMissiya.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatına şirkətdən xəbər verilib. Həkimlərin ilkin rəyinə görə, o, kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.Nekrasov 2022-ci il sentyabrın 1-də Mərkəzi Klinik Xəstəxananın (CDB) əsas binasının fasadındakı pəncərədən yıxılaraq dünyasını dəyişən əvvəlki sədr Ravil Maqanovun ölümündən sonra şirkətin rəhbəri seçilib.Xatırladaq ki, Ravil Maqanov 2022-ci il sentyabrın 1-də intihar etmişdiNekrasov 50 ilə yaxın neft-qaz sənayesində çalışıb. O, təmirçi kimi başlayıb və oradan əsas istehsal şirkəti Lukoyl - Qərbi Sibirin baş direktoru vəzifəsinə qədər yüksəlib. Əmək nailiyyətlərinə görə IV dərəcəli “Vətənə xidmətə görə” və “Şərəf” ordenləri ilə təltif edilib.Lukoyl Rusiyanın ən böyük neft şirkətlərindən biridir. Neft hasilatı baxımından ikinci yeri tutur; şirkət Rusiyada dörd neft emalı zavodunu - Perm, Volqoqrad, Nijni Novqorod və Uxtada və böyük yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir.Onu da qeyd edək ki, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov ötən ilin may ayında şirkətin prezidenti vəzifəsindən istefa verib. ElcanMissiya.Az

Избранный
774
50
missiya.az

10Источники