RU

Həkim xərçəng riskini artıran qidaları sadalayıb » Medical Media


Fast food” və kolbasa xərçəng riskini artırır.

Cərrah, onkoloq, mammoloq, ultrasəs diaqnostikası həkimi Alevtina Kiseleva xərçəngə tutulma riskini artıran qidaları sadalayıb.

Medicalmedia.az xəbər verir ki, “Arqumentı i faktı” nəşrinə müsahibəsində mütəxəssis yüksək dərəcədə işlənmiş qidaların xərçəngin yaranmasına kömək edə biləcəyini qeyd edib. Söhbət kolbasa, sosis, ət qəlyanaltıları və konservlər, donuz, vetçina kimi məhsullardan gedir. Onların tərkibində mədə, bağırsaq və döş xərçənginə səbəb ola bilən trans yağlar, stabilizatorlar və digər zərərli maddələr var.

Həkim qeyd edib ki, çoxlu miqdarda trans yağlar kartof qızartması və digər “fast food”larda olur. Onlar ürək-damar xəstəliklərinə, piylənməyə və xərçəngə səbəb olur. Həddindən artıq bişmiş qidaların tərkibində tanınmış kanserogenlər var - hevosiklik aminlər.

Həmçinin kanserogen - asetaldehid spirtin parçalanması zamanı əmələ gəlir, qaraciyər, mədə və döş xərçəngi yaradır.

Xərçəng üçün əsas risk faktorlarından biri də pəhrizdə şəkərin və sadə karbohidratların çox olması səbəbindən yaranan piylənmədir.

Избранный
133
1
medicalmedia.az

2Источники